Məqalə göndər

MƏQALƏLƏR ÜZRƏ BLOQ SİYASƏTİ

LAWELS – aktual hüquqi məsələlər üzrə tərəfinizdən yazılan müxtəlif məzmunlu məqalələrin, tərcümə və ya hüquqi araşdırmaların geniş oxucu kütləsinə çatdırılması fürsətini verir. Yazıların göndərilməsi üçün tərəfimizdən xüsusi mövzu və vaxt limiti qoyulmamışdır. Məqalələr üzrə bloq siyasəti ilə ətraflı olaraq aşağıda tanış ola bilərsiniz:

  • Azərbaycan, ingilis və rus dillərində ola bilər;
  • Orijinal və 300-10000 söz aralığında olmalıdır;
  • Siyasi və dini mövzular istisna olmaqla aktual hüquqi mövzulara həsr olunmalı, analitik xarakter daşımalı və akademik tələblərə cavab verməlidir;
  • Akademik üslubda yazılmalı və plagiat olmamalıdır; Bloqda dərc olunan yazı hər hansı üçüncü tərəfin müəlliflik hüquqlarını pozduğu təqdirdə bütün məsuliyyəti məqaləni göndərən şəxs daşıyır.
  • Mətndə istinad olunan bütün mənbələr, səhifə nömrələri ilə birlikdə “İstifadə edilmiş ədəbiyyat” siyahısında aşağıdakı qaydada verilməlidir:
    • Kitab olduqda: Müəllifin adı, kitabın adı, çap yeri, nəşriyyat və tarix;
    • Məqalə olduqda: Müəllifin adı, məqalənin adı, jurnalın adı, nömrəsi və buraxılışı, tarixi;
    • İnternet səhifəsi olduqda: internet səhifəsinin adı və müvafiq veb-ünvan göstərilməlidir.
  • Başqa jurnal və ya digər nəşriyyatlarda dərc olunan məqalələrin və ya digər yazıların bloqda yerləşdirilməsinə yalnız həmin nəşriyyat buna icazə verdiyi təqdirdə, nəşriyyatın adını göstərmək şərtilə yol verilir. Qeyd olunan tələbin pozulması ilə əlaqədar bütün məsuliyyəti məqaləni göndərən şəxs daşıyır.

Məqalə və ya digər yazıları təqdim etməklə siz bloqa yazınızın yuxarıdakı tələblərə cavab verməsini təsdiq edir və zəmanət verirsiniz. Bu tələblərin pozulması nəticəsində üçüncü tərəfə dəyən bütün zərər üçün məsuliyyəti məqaləni göndərən şəxs daşıyır. Məqalənin göndərilməsi ilə siz yazınızın yayımlanması və yayılması üzrə bloqa qeyri-müstəsna hüquq vermiş olursunuz.

BİLDİRİŞ

Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur. Bloqda yayımlanan yazılar bloqun deyil, yalnız həmin yazının müəllifinin fikirlərini əks etdirir.

MƏQALƏNİ GÖNDƏR

Məqalənizi aşağıdakı formu dolduraraq göndərə bilərsiniz: