HomeMəqalə göndər

Tələblər:

LAWELS –  aktual hüquqi məsələlər üzrə tərəfinizdən yazılan müxtəlif məzmunlu məqalələrin, tərcümə və ya hüquqi araşdırmaların geniş oxucu kütləsinə çatdırılması fürsətini verir. Yazıların göndərilməsi üçün tərəfimizdən xüsusi mövzu və vaxt limiti qoyulmamışdır. Məqalələr üzrə bloq siyasəti ilə ətraflı olaraq aşağıda tanış ola bilərsiniz:

  • Azərbaycan, ingilis və rus dillərində ola bilər;
  • Orijinal və 300-5000 söz aralığında olmalıdır;
  • Siyasi və dini mövzular istisna olmaqla aktual hüquqi mövzulara həsr olunmalı, analitik xarakter daşımalı və akademik tələblərə cavab verməlidir;
  • Akademik üslubda yazılmalı və plagiat olmamalıdır.
  • Mətndə istinad olunan bütün mənbələr, səhifə nömrələri ilə birlikdə “İstifadə edilmiş ədəbiyyat” siyahısında aşağıdakı qaydada verilməlidir:
    • Kitab olduqda: Müəllifin adı, kitabın adı, çap yeri, nəşriyyat və tarix;
    • Məqalə olduqda: Müəllifin adı, məqalənin adı, jurnalın adı, nömrəsi və buraxılışı, tarixi;
    • İnternet səhifəsi olduqda: tam ünvan göstərilməlidir.
  • Başqa jurnal və ya digər nəşriyyatlardə dərc olunan məqalələrin və ya digər yazıların bloqda yerləşdirilməsinə yalnız həmin nəşriyyat buna icazə verdiyi təqdirdə, nəşriyyatın adını göstərmək şərtilə yol verilir. Qeyd olunan tələbin pozulması ilə əlaqədar bütün məsuliyyəti məqaləni göndərən şəxs daşıyır.

Məqalə və ya digər yazıları təqdim etməklə siz bloqa yazınızın yayımlanması və yayılması üzrə qeyri-müstəsna hüquq vermiş olursunuz.