Legislation commentsPeriods in respect of invalid agreements
MM-in “Etibarsız əqdlər üzrə müddətlər” adlı 354-cü maddəsində müəyyən edilmiş müddətlər iddia müddəti deyil, mülki hüququn həyata keçirilməsi müddətidir. Fərq ondan ibarətdir ki, iddia müddəti bitəndə müdafiəsi tələb olunan mülki hüquq qalır, lakin onu iddia ilə müdafiə etmək imkanı itirilir, mülki hüququn həyata keçirilməsi müddəti bitəndə isə hüququn özü xitam olunur. “Mübahisələndirilən əqdin etibarsız sayılması tələbi” və “əhəmiyyətsiz əqdin etibarsızlığının nəticələrinin tətbiqi tələbi” mülki hüquqdur. 354-cü maddədə həmin mülki hüququn həyata keçirilməsi müddətləri müəyyən olunub,...