Qanunvericiliyə izahatlarMənzildən (evdən) istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi barədə iddialar həll edilərkən kompensasiyanın məbləğini kim və necə müəyyən etməlidir ?
Mənzildən (evdən) istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi barədə iddialar həll edilərkən MM-in 228.2-ci maddəsində göstərilən kompensasiyanın məbləğini kim və necə müəyyən etməlidir ? Cümlədə 2 sual olduğuna görə ardıcıllıqla cavab verək. 1-ci sual: kim müəyyən etməlidir? Kompensasiyanın məbləğini müəyyən etmək məhkəmənin vəzifəsidir. Belə ki, 228.2-ci maddənin şərh edilməsi ilə bağlı Konstitusiya Məhkəməsinin 12.07.2016-cı il tarixli qərarında qeyd olunub ki, kompensasiyanın məbləği iddianın predmetinə daxil deyil, məhkəmə iddia ərizəsində kompensasiyanın məbləğinin göstərilib-göstərilməməsindən asılı olmayaraq, kompensasiyanın...