Bu yazıda startap anlayışı, Azərbaycan Respublikasında startap imkanları, bu sahədə tənzimlənmə və güzəştlərdən, eləcə də dünya praktikasından danışacağıq. Startap əvvəllər bazarda olmayan, tələb olunan və ya sonradan tələb yaradan xidmətlər görtərməyə və ya məhsul istehsal etməyə başlayan bir sahibkarlıq növü, şirkət və ya layihədir. Startap anlayışı XX əsrin əvvəllərində və əsasən, IT (İnformasiya Texnologiyaları) sahəsində meydana gəlmişdir. Lakin hal-hazırda startaplar təkcə IT yox, demək olar, hər bir biznes sahəsində yaradılıb və ya yaradılmaqdadır. Məşhur startaplara...