Avropa Məhkəməsinin[1] gözündə: şəxsi həyat yoxsa ifadə azadlığı? Giriş Avropa İnsan Hüquqları Konvensiyasının[2] 8-ci maddəsi şəxsi həyat hüququnu, 10-cu maddəsi ifadə azadlığını əhatə edir. Bu iki hüquq Avropa Məhkəməsi praktikasında tez-tez kəsişən hüquqlar hesab olunur. Bu, bir tərəfdən fərdin şəxsi həyatını, digər tərəfdən ifadə azadlığından istifadə üçün əsas alət olan mediada demokratik cəmiyyətin əsaslarını təmin etmək üçün jurnalist hüquqlarını da qorumalıdır. Belə hallarda Avropa Məhkəməsi Konvensiyasında hüquqlar balanslaşdırılır və işin hallarına uyğun onların sərhədlərini təyin...