Müasir dövrdə müxtəlif növ tərəflər arasında arbitraj sazişi ilə mübahisələrə arbitraj qaydasında baxılmasından geniş istifadə olunur. Tərəflərin arbitraj sazişi əsasında mübahisələrini arbitraj qaydasında həll etməsinin nəticəsi olaraq arbitraj qərarları qəbul edilir. Arbitraj qərarlarının qəbul edilməsi qədər əhəmiyyət daşıyan digər bir məsələ həmin arbitraj qərarının tanınması və icra edilməsidir. Bu məqalədə aşağıdakı məsələlər öz əksini tapacaqdır: Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “POSCO DAEWOO” Korporasiyasının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 may 2018-ci il tarixli...