2019-cu ilin dekabrında Çinin Vuhan şəhərində ortaya çıxan və digər ölkələrə yayılan, hətta təsiri artıq ölkəmizdə hiss olunmuş koronavirusun (Covid-19) tibbi və sosial nəticələrindən başqa hüquqi nəticələr doğuracağı da bəlli idi. Bu epidemiyanın ilk təsir obyekti müqavilələrdir. Günümüzdə tərəflər arasında bağlanan müqavilələrin çoxunda «Fors-major» olaraq adlandırılan bir maddə yer alır. Fors-major kəliməsi fransız dilindən tərcümədə « fövqəl güc » kimi tərcümə edilir. Bu maddə ümumiyyətlə, öncə fors-major sayılan hadisələri ifadə edib, daha sonra bu hadisələrin...