Lawels

HomeAuthor Lawels

LAWELS – müxtəlif sahələrdə fəaliyyət göstərən hüquqşünaslar tərəfindən aktual mövzularda yazılan məqalələrin və qabaqcıl fikirlərin oxuculara çatdırılmasını hədəfləyir. Bloq, eyni zamanda, bu sahənin peşəkarlarını hüquqi yeniliklər, qanunvericilik dəyişiklikləri, faydalı məlumatlar və digər müvafiq məsələlərdə məlumatlandırır.
https://www.lawels.com/wp-content/uploads/2020/08/methode_sundaytimes_prod_web_bin_e7ca98f6-2a7e-11e6-91b2-4cee63678661-1280x720.jpg

Harvard Universiteti Akademiya Alimləri Proqramı 2021 Son müraciət tarixi. 1 Oktyabr, 2020 Məkan. Harvard Universiteti Qısa məlumat. Akademiya Alimləri Proqramı karyeralarının başlanğıcında olan və işlərini sosial elmlər və ya hüquq sahələri üzrə aparan alimləri müəyyənləşdirərək dəstəkləyir. Proqram iki illik müddətdə davam edir. Alimlər tədqiqat layihələrini həyata keçirmək və / və ya seçdikləri sahələrdə əlavə təlimlər almaq üçün əhəmiyyətli maliyyə və tədqiqat yardımı alırlar. PhD alimləri illik 70.000 dollar təqaüd alacaqlar. PhD əldə etməzdən əvvəl seçilənlər...

https://www.lawels.com/wp-content/uploads/2020/08/photo-1536181783029-1097aaf179de-1-e1597646853437.jpeg

Son müraciət tarixi. Spesifik son müraciət tarixi yoxdur Məkan. Brüssel və ya Strasburq Qısa məlumat. Avropa Parlamentinin üzvləri Avropa Parlamenti ilə razılaşma əsasında Brüsseldə (və ya Strasburqda) yerləşən ofislərində ödənişli təcrübə təklif edirlər. Təcrübə müvafiq sahədə təhsilinizi və peşə hazırlığınızı artıracaqdır. Bu təcrübə proqramı sizə Avropa Parlamenti Üzvlərinin iş qaydalarını daha yaxşı başa düşməyə imkan verəcəkdir.Təcrübə proqramı müxtəlif sahələrdə aparıla bilər. Təcrübə proqramı üzrə iştirakçıları seçən Parlament Üzvü təcrübə müddətində tamamlanmalı olan konkret tapşırıqları müəyyənləşdirəcəkdir....

https://www.lawels.com/wp-content/uploads/2020/08/photo-1589391886645-d51941baf7fb.jpg

Mülki prosesdə barışıq sazişinin təsdiq edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərardada əsasən icra vərəqəsi verilməlidirmi ? Təcrübədə qeyri-müəyyənlik var. Bunun səbəbi qanunvericilikdə həmin məsələni tənzimləyən normanın olmamasıdır. Bizdən fərqli olaraq Rusiya Federasiyasının MPM-nə “Barışıq sazişinin icrası” adlı 153.11- ci maddə əlavə edilib və orada qeyd olunub ki, barışıq sazişi bu sazişdə müəyyən edilmiş müddətdə könüllü icra edilir, əgər könüllü icra edilməzsə sazişi bağlamış şəxsin vəsatəti ilə məhkəmə tərəfindən verilmiş icra vərəqəsi əsasında...

https://www.lawels.com/wp-content/uploads/2020/08/photo-1594811815859-c354d5afc3dc.jpeg

Son müraciət tarixi. İyun və ya Noyabr Məkan. Brüssel, Lüksemburq və Strasburq və ya üzv ölkələrdəki əlaqə ofislərində. Qısa məlumat. Təcrübə proqramı ödənişlidir və Avropa Parlamentinin rəsmi iş yerlərindən birində – Brüsseldə, Lüksemburqda və Strasburqda və ya üzv ölkələrdəki əlaqə ofislərində edilə bilər. Schuman proqramı müvafiq sahədə təhsilinizi və peşə hazırlığınızı artıracaqdır. Təcrübə proqramı Avropa İttifaqi (Aİ) qurumlarının və Aİ səviyyəsində qərarların qəbul edilməsi və siyasi müzakirələrin aparılması üçün vacib forum olan Avropa Parlamentinin fəaliyyəti...

https://www.lawels.com/wp-content/uploads/2020/08/Untitled-design-35.png

Azərbaycan Respublikası qanunvericiliyinə edilən mühüm dəyişikliklərin xülasəsi üzrə V Buraxılış 2020-ci il iyul ayı üzrə aşağıdakı dəyişikliklərdən bəhs edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Sığorta fəaliyyəti haqqında” Qanununa dəyişiklik edildi “Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edildi Azərbaycan Respublikasının  Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edildi Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edildi Azərbaycan Respublikası Nazirlər Kabineti “Elektron alış aktının formasının, tətbiqi, uçotu və istifadəsi Qaydalarının təsdiq edilməsi haqqında” qərar qəbul etdi Azərbaycan Respublikası Nazirlər Kabineti “Riskli...

https://www.lawels.com/wp-content/uploads/2020/07/Untitled-design-5.jpg

Çində təhsil almaq istəyən gənc liderlər üçün Schwarzman Təqaüd Proqramı 2021 Son müraciət tarixi. 22 sentyabr 2020 Məkan. Çin Qısa məlumat. Schwarzman Təqaüdçülərinin yeni qrupu dünyanın ən istedadlı gənc liderlərinin qlobal şəbəkəsinə qoşulacaq və Çin ilə sürətlə dəyişən dünya arasında daha güclü əlaqələr qurmağa kömək edəcəkdir. Schwarzman Təqaüd təcrübəsi, ölkənin aparıcı universitetlərindən biri olan Tsinghua Universitetində qlobal işlər üzrə magistr dərəcəsi proqramı üzrə aparılır. Dünyadakı  ən yaxşı akademik institutların və Tsinghua Universitetinin ənənələrinə əsaslanan tədris...

https://www.lawels.com/wp-content/uploads/2020/07/Untitled-design-33-1.png

Levan Alexidze Beynəlxalq Hüquq Məhkəmə Müsabiqəsi -2020 Son müraciət tarixi. 5 sentyabr 2020. Məkan. Onlayn və ya Tiflisdə Qısa məlumat. Levan Alexidze Beynəlxalq Hüquq Səhnələşdirilmiş Məhkəmə Müsabiqəsinin “Edition II 2020” buraxılışı aşağıdakı potensial müzakirə mövzularına toxunacaq: a. Əcnəbilərin tutulması və ölkədən çıxarılması şərtləri; b. Qlobal pandemiya zamanı ayrıseçkilik və dözümsüzlük; c. Beynəlxalq hüquqdakı müqavilələr. Hər komanda minimum 2 və ən çox 3 tələbədən  ibarət olmalıdır. “LA-IL-MCC” üçün qeydiyyat və iştirak haqqı yoxdur. Müsabiqə ilə bağlı bütün xərclər...

https://www.lawels.com/wp-content/uploads/2020/07/Untitled-design-18.png

Qanunvericilik yeniliklərinin 2020-ci il iyun ayı üzrə olan IV buraxılışı aşağıda qeyd edilən dəyişiklikləri ehtiva edir: “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edildi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununda dəyişiklik edildi Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edildi Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Qiymətləndirmə fəaliyyəti haqqında” və “İcra məmurları haqqında” Qanunlarında dəyişiklik edildi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edildi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edildi “Elektron...

https://www.lawels.com/wp-content/uploads/2020/06/Untitled-design-24.png

Pandemiya səbəbilə ölkədə elan edilmiş karantin qaydalarını nəzərə alaraq, Bakı Dövlət Universitetinin (BDU) professor-müəllim heyəti və tələbələri Elmi Kitabxananın onlayn xidmətlərindən – biblioqrafik arayışlar, dərslik və dərs vəsaitlərinin tammətnli elektron məlumat bazaları, elektron kitablar, elektron jurnallar, beynəlxalq məlumat bazaları və digər elektron resurslarından yararlana bilərlər. Elmi Kitabxana elektron kitabxana bölməsi vasitəsilə internet üzərindən 3700-dən çox dərslik və dərs vəsaitinin tammətnini, 1300-dən çox bədii ədəbiyyat: folklor, müasir və klassik Azərbaycan ədəbiyyatı, dünya ədəbiyyatı nümunələrinin elektron variantını...

https://www.lawels.com/wp-content/uploads/2020/06/800px-Konrad-Adenauer-Stiftung_Ostseite.jpg

Son müraciət tarixi. 15 iyul 2020-ci il Məkan. Almaniya Qısa məlumat. Konrad-Adenauer-Stiftung Təqaüd proqramı Almaniyanın universitetlərində təhsil almaq və tədqiqat aparmaq üçün beynəlxalq magistr tələbələrinə və məzunlara təqaüd təklif edir. Təqaüd proqramı maliyyə yardımı, fərdi mentorluq, geniş seminar proqramı və dünya miqyasında KAS-şəbəkəsinə girişi ehtiva edir. Kimlər müraciət edə bilər? Təqaüd Proqramı, öz vətənlərində təhsillərini müvəffəqiyyətlə başa vurmuş və Alman universitetində  yeni bir dərəcə üzrə  (aspirantura proqramı / magistr, doktorluq) təhsil alan və ya ən...