MəqalələrStomatoloq / pasiyent münasibətləri: hüquqi müstəvidə stomatoloji risklərin dəyərləndirilməsi
Chinara Gasimovaİyun 11, 2020
Açar sözlər: stomatoloq, həkim, pasiyent, sənədləşmə, stomatoloji, müqavilə Xülasə: Bu yazıda stomatoloq (həkim) və pasiyent arasında münasibətlərin qurulması, stomatoloji müalicə zamanı və sonrasında risklərin idarə edilməsi, sənədləşmə işinin qurulması və onun önəmi barəsində məlumat verilir. Yerli və xarici praktikada məsələnin tənzimlənməsi müqayisədə göstərilir. Giriş Hazırda Azərbaycanda ən azad şəkildə fəaliyyət göstərən sahələrdən biri, sözsüz ki, stomatologiyadır. Stomatologiya (terapevtik, cərrahi, ortopedik, ortodontik stomatoloji) üzrə fəaliyyətin özəl tibb fəaliyyəti üzrə göstərilən xidmətlərə uyğun görülən işlər [1] siyahısına...