“İnsayd ticarət”in anlayışı Bu yazıda sizə qiymətli kağızlar bazarında rastlaşıla biləcək, rastlaşılması arzu olunmayan insayd məlumatdan istifadə etməklə edilən ticarətdən (insider trading) və onun Azərbaycan və müxtəlif ölkələrdə hüquqi tənzimlənməsindən bəhs edəcəyik. İlk öncə qeyd edək ki, ingiliscə “insider trading” kimi adlandırılan bu məhfumu “Qiymətli Kağızlar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən“insayd məlumatdan istifadə etməklə edilən ticarət” başa düşə bilərik (bundan sonra “insayd ticarət”). İnsayd ticarətin nə olduğunu anlamaq üçün ilk öncə insayd məlumatın nə olduğunu...