Təqaüd və qrantlarYaponiya / Dünya Bankı Təqüd Proqramı

Lawels LawelsAprel 17, 2021

Son müraciət tarixi. 21 May 2021

Qısa məlumat.

Yaponiya / Dünya Bankı birgə Təqaüd Proqramı (JJ / WBGSP), inkişafla əlaqəli bir mövzuda magistr proqramına müraciət edən, müvafiq sahə, eləcə də ölkələrinin inkişaf istiqamətlərində  təşəbbüslərini dəstəkləmək üzrə təcrübəsi olan inkişaf etməkdə olan ölkələrin vətəndaşları üçün açıqdır. JJWBGSP, iqtisadi siyasət idarəçiliyi, vergi siyasəti və infrastruktur idarəçiliyi daxil olmaqla, ABŞ, Avropa, Afrika, Okeaniya və Yaponiya universitetlərində 48 Proqram üzrə təqaüd təklif edir.

Kimlər müraciət edə bilər.

  • Dünya Bankına üzv olan inkişaf etməkdə olan bir ölkənin vətəndaşı olmalıdır;
  • Heç bir inkişaf etmiş ölkənin ikili vətəndaşlığına sahib olmamalıdır;
  • Sağlamlığı yaxşı vəziyyətdə olmalıdır;
  • Müraciət üçün son tarixdən ən azı 3 il əvvəl bakalavr (və ya ekvivalent) diplomunu almalıdır;
  • Bakalavr (və ya ekvivalent) dərəcəsini aldıqdan sonra 3 il və ya daha çox inkişafla əlaqəli iş təcrübəsinə sahib olmalıdır.

Ətraflı məlumat.

Ətraflı məlumat üçün rəsmi vebsəhifəyə  daxil ola bilərsiniz.

Lawels

Lawels

LAWELS – müxtəlif sahələrdə fəaliyyət göstərən hüquqşünaslar tərəfindən aktual mövzularda yazılan məqalələrin və qabaqcıl fikirlərin oxuculara çatdırılmasını hədəfləyir. Bloq, eyni zamanda, bu sahənin peşəkarlarını hüquqi yeniliklər, qanunvericilik dəyişiklikləri, faydalı məlumatlar və digər müvafiq məsələlərdə məlumatlandırır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *