Avropa Hüquq İnstitutu Gənc Hüquqşünas Mükafatı

Son müraciət tarixi. 30 Aprel 2021

Qısa məlumat.
Avropa Hüquq İnstitutu (AHİ) Gənc Hüquqşünaslar Mükafatı, 2016 İllik Konfrans və Baş Assambleyada rəsmi olaraq başladılmışdır. Namizədlər əvvəllər dərc olunmayan və yaxşılaşdırılmağa ehtiyac olan bir Avropa hüquqi problemi ilə əlaqədar unikal və orijinal sənəd təqdim etməlidirlər. İki nəfərədək namizədin ortaq müəllifliyi ilə birgə təqdimatlar da qəbul olunur.
Qalib olan namizəd (lər) AHİ İllik Konfransı zamanı məqalələrini Münsiflər heyəti qarşısında təqdim etməyə dəvət ediləcəkdir. Əlavə olaraq mükafat qazanan yazı AHİ vebsaytında dərc ediləcək və müəllif (lər) 500 avro pul mükafatı ilə yanaşı iki il pulsuz AHİ üzvlüyü ilə mükafatlandırılacaqlar ki, bu da Xüsusi Maraq Qruplarına cəlb olunmalarına, layihə təklifləri irəli sürmələrinə, eləcə də müxtəlif AHİ layihələrində Üzvlərin Məşvərət Komitələrində iştirak etməklərinə imkan verəcəkdir.

Kimlər müraciət edə bilər.
Müraciət edənlər hüquq üzrə bakalavr və ya magistr təhsili alanlar və ya hüquq diplomunu müraciət tarixindən 5 ildən gec olmayaraq alan şəxslər olmalıdır.

Ətraflı məlumat.
Ətraflı məlumat üçün rəsmi vebsəhifəyə daxil ola bilərsiniz.