MəqalələrAzərbaycan, Türkiyə və Fransa əmək hüququnda işçinin iş vaxtından artıq işləməsinin tənzimlənməsi

Avatar Mehman MaharramovMart 12, 2021

Əmək hüququ hər bir dövlətin əsas hüquqlarından biridir və bu hüquqla bağlı bir çox problem mövcuddur. Bu hüquq sahəsindəki əsas problemlərdən biri də, işçinin iş vaxtından artıq işləməsidir. Bu mövzu baxımından mən Azərbaycan, Türkiyə və Fransa dövlətlərinin qanunvericiliyində nəzərdə tutulmuş qaydaların müqayisəli araşdırmasından sizlərə bəhs edəcəyəm.

İlk olaraq Azərbaycan əmək hüququna nəzər salsaq görə bilərik ki, Əmək Məcəlləsinin 89-cu maddəsinə görə gündəlik normal iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz və gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilməsi mümkün deyildir. Lakin, Əmək Məcəlləsinin 99-cu mad­də­si­nin bi­rin­ci his­səsinə görə, iş vaх­tın­dan ar­tıq iş işə­gö­tü­rə­nin əmri (sə­rən­camı, qə­rarı) və iş­çi­nin ra­zı­lığı ilə əmək funk­si­ya­sını müəy­yən olun­muş iş günü vaх­tın­dan ar­tıq müd­dət ər­zin­də ye­rinə ye­tir­məsi sa­yı­lır. Məsələn, işçinin günlük iş saatı 8 saatdır və işəgötürənlə anlaşaraq eyni gün içərisində 2 saat daha işləyərsə, bu zaman işçi iş vaxtından artıq işləmiş sayılır.

İşçi öz ra­zı­lığı ilə işə­gö­tü­rə­nin əmri (sə­rən­camı,  qə­rarı) əsa­sın­da iş vaх­tın­dan ar­tıq iş­lərə cəlb edi­lər­kən həm­kar­lar it­ti­faqı təş­ki­la­tı­nın ra­zı­lığı tə­ləb edil­mir. Əgər işçi işə­gö­tü­rə­nin ra­zı­lığı, ya­хud əmri (sə­rən­camı,  qə­rarı) ol­ma­dan öz­ba­şına işdə qa­lıb əmək funk­si­ya­sını ye­rinə ye­ti­rər­sə, bu iş  vaх­tın­dan ar­tıq iş kimi qə­bul oluna bil­məz.[1]

İş vaxtından artıq işlərə yol verilən müstəsna halları Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 101-ci maddəsində sadalanmışdır. İş vaxtından artıq işlərə yol verilən müstəsna hallar belədir : a) dövlətin müdafiəsinin təmin olunması üçün, habelə təbii fəlakətin, istehsal qəzasının qarşısını almaq və ya onların nəticələrini aradan qaldırmaq üçün yerinə yetirilməsi zəruri olan ən vacib işlərin görülməsinə; b) su, qaz və elektrik təchizatı, isitmə, kanalizasiya, rabitə və digər kommunal müəssisələrində işlərin, xidmətlərin pozulmasına səbəb olan gözlənilməz hadisələrin nəticələrini aradan qaldırmaq üçün zəruri işlərin görülməsini təmin etmək üçün; c) başlanmış və istehsalın texniki şəraitinə görə iş gününün sonunadək tamamlana bilməyən işlərin dayandırılması avadanlıqların, əmtəələrin qarşısıalınmaz korlanması, sıradan çıxması təhlükəsi zamanı işlərin tamamlanması zəruriyyəti olduqda; ç) işçilərin əksəriyyətinin işinin dayandırılmasına səbəb olan sıradan çıxmış mexanizmlərin, qurğuların təmiri, bərpası ilə əlaqədar işlərin görülməsi zərurəti olduqda;d) əvəz edən işçinin işdə olmaması ilə əlaqədar işə fasilə verilməsinə yol vermək mümkün olmadıqda.

Bununla yanaşı, qanunvericilik bəzi hallarda iş vaxtından artıq işlərə yol verilməsini məhdudlaşdırmışdır. «Əlil­li­yin qar­şı­sı­nın alın­ması əlil­lə­rin rea­bi­li­ta­si­yası və sosial mü­dafiə­si haq­qın­da» Qa­nu­nun 29-cu mad­də­sinə görə, əlil­lə­rin iş vaх­tın­dan ar­tıq iş­lərə cəlb edil­mə­sinə yal­nız on­la­rın ra­zı­lığı əsasında və bu şərt­lə yol ve­ri­lir ki, belə iş­lər tib­bi töv­si­yə­lər­də qa­da­ğan edil­mə­miş olsun. Bundan başqa əmək şərai­ti ağır və zə­rər­li olan iş yer­lə­rin­də isə iki saat­dan çoх iş vaх­tın­dan ar­tıq iş­lərə cəlb edilə bil­məz (AR ƏM-nin 100-cü mad­dəsi). Хü­su­silə ha­milə qa­dın­la­rın və 3 ya­şına çat­ma­mış uşağı olan qa­dın­la­rın, ha­belə yaşı 18-dən aşağı olan şəхs­lə­rin iş vaх­tın­dan ar­tıq iş­lərə cəlb edil­mə­sinə yol ve­ril­mir (AR ƏM-nin 242 və 254-cü mad­də­lə­ri­nin bi­rin­ci his­səsi). Lakin 3 ya­şın­dan 14 ya­şı­na­dək uşağı olan, həm­çi­nin 16 ya­şı­na­dək əlil uşağı olan qa­dın­la­rın iş vaх­tın­dan ar­tıq iş­lərə cəlb edil­mə­si yal­nız on­la­rın ra­zı­lığı ilə mümkündür (AR ƏM-nin 242-ci mad­də­si­nin ikin­ci his­səsi).

Türkiyə qanunvericiliyinə nəzər yetirdikdə, iş qanununa əsasən işçinin həftəlik iş saatı 45 saat olub ve günlük işləmək saatı da 7,5 saatdır. Həftəlik iş saatının üstünde işləmək Azərbaycan qanunveriliyindəki kimi artıq iş sayılır.[2]

Bu hüquq sistemində də işəgötürən işçinin yazılı razılığını əldə etməlidir (Türk iş qanunu bağlı artıq iş təlimatnaməsi maddə 9). Bu icazənin hər ilin başlağıcında işəgötürən tərəfindən alınması gərəkməkdədir. Ancaq vurğulamaq lazımdır ki, bəzi hallarda işin məcburi və ya fövqəlada hallar səbəbindən yerinə yetirilməsi gərəkdiyində işçinin razılığını almadan ona günlük iş saatının üzərində artıq iş gördürə bilər ( Türk iş qanunu maddə 42 ve 43).

Artıq iş, işçilərin günlük 7,5 iş saatlarından ayrı olaraq toplam ən çox bir ildə 270 saat ola bilər.  Buna görə bir işçinin bir gündə işləməyi 11 saatı aşmamalıdır[3].

Türkiyə qanunveriliciyində artıq işin məhdud edildiyi hallar mövcuddur. İş qanuna bağlı artıq iş təlimatnaməsinin 8-ci maddəsinə əsasən a) 18 yaşından aşağı işçilər, b) işyeri həkiminin, Sosyal siğortalar qurumunun və ya hər hansı bir həkimin tibbi rəyinə görə arayış alan işçilər, c) hamilə və yeni doğum edən işçilər d) Gecə işində işləyən işçilər, e) Sağlamlıq qaydaları baxımından gündə 7.5 saat və ya daha az vaxt tələb edən işlər üçün, f)Yarımmüddətli əmək müqaviləsi ilə işləyən işçilərdən artıq iş tələb etmək mümkün deyildir.

Fransız iş hüquq qanununda da işçinin qanuni iş saatından artıq işləməsi mövcuddur (FR iş qanunu madde L3121-28 ). Qanuni iş saatı həftəlik 35 və günlük maksimum 10 saat olaraq Fransız iş hüququnda təyin edilmişdir. Ancaq işəgötürən, işçinin yazılı və ya şifahi razılığını alaraq 48 saatdan çox olmamaq şərti ilə işçiyə artıq iş təyin edə bilər. Lakin prinsipcə işçi də iş vaxtından artıq işdən imtina edə bilməz[4].

İşçinin iş vaxtından artıq işdən imtina etməsi bəzi hallarda mövcuddur. Belə ki; a) işəgötürən iş vaxtından artıq iş üçün işçiyə öncədən xəbər verməmişsə, b) ardıcıl olaraq işçini şənbə günləri iş vaxtından artıq işə çağırmışsa, c) işəgötürən keçmiş iş vaxtından artıq iş üçün işçiyə kompensasiya verməmişsə, d) illik artıq iş saatının limitini doldurdurmuş isə, bu kimi hallara dayanaraq işçinin iş vaxtından artıq işdən imtinası mümkündür.

Fransız iş qanuna görə 18 yaşından aşağı olan işçilərə həftəlik maksimum 5 saat iş vaxtından artıq qanun çərçivəsində iş gördürülə bilər. Ancaq bunun üçün Dövlət Əmək müfəttişliyinin və həkiminin razılığının alınması məcburidir[5].

Hamilə qadınların iş vaxtından artıq işləmələri Fransız qanunvericiliyi tərəfindən məhdudlaşdırılmamışdır. Lakin işəgötürən və işçinin artıq iş üçün ortaq razılıq əldə etmələri mümkündür.

1 yanvar 2019-dan bəri iş vaxtından artıq iş görən işçi gəlir vergisindən azaddır. Belə ki, bunun üçün işçinin illik gəliri 5000 avrodan çox olmamalıdır, əks təqdirdə iş vaxtından artıq iş görən işçi artıq işdən əldə etdiyi gəlirdən vergi ödəyəcəkdir[6].

Mən üç ölkənin əmək hüququnda iş vaxtından artıq iş mövzusunu müqayisəli olaraq incələmiş oldum. Nəticə olaraq, bu mövzuda üç ölkənin əmək hüquqları arasında oxşar və fərqli cəhətləri görmüş olduq. Əmək hüququnda iş vaxtından artıq iş hər üç ölkə baxımından önəm kəsb etməkdədir. Bu baxımdan iş vaxtından artıq görülən işlər üzrə əmək hüququndan xəbərdar olmaq hər ölkə vətəndaşları üçün mühümdür və bu kimi məsələlərdə həm işgötürəni həm də işçini məlumatlandırmaq biz hüquqşünasların vəzifəsidir.

 

[1] Alış Qasımov, Əmək hüququ səyfə 317, Bakı 2007.

[2] https://www.osmanozbolat.com/fazla-mesai-yapma-kosullari-nelerdir

[3] https://www.kurtuluspartners.com/4857-sayili-is-kanununa-gore-fazla-calisma/

[4] https://www.juritravail.com/Actualite/heures-supplementaires/Id/165971

[5] https://www.service-public.fr/particuliers/vosdroits/F2216

[6] https://www.juritravail.com/Actualite/heures-supplementaires/Id/165971

 

Bu bloqda yerləşdirilən məqalələr hüquqi məsləhət xarakteri daşımır və belə olaraq nəzərə alınmamalıdır. Əlaqədar məsələ üzrə hüquqi dəyərləndirmənin və məsləhətin əldə olunması üçün müvafiq hüquqi məsləhət xidmətləri göstərən şəxsə müraciət etməyiniz tövsiyə olunur. Bloqda yayımlanan yazılar bloqun deyil, yalnız həmin yazının müəllifinin fikirlərini əks etdirir. 

Avatar

Mehman Maharramov

Hüquqşünas

Leave a Reply

Your email address will not be published. Required fields are marked *