TədbirlərBMT-nin Vyanadakı Baş Qərargahına və digər beynəlxalq təşkilatlara Təhsil Səfəri

Lawels LawelsFevral 15, 2021

Son müraciət tarixi. 31 Iyul

Məkan. Avstriya

Qısa məlumat.

Niderland Təhsil Qrupu, tələbələri, yeni məzunları və beynəlxalq münasibətlərdə maraqlı olan hər kəsi Birləşmiş Millətlər Təşkilatının 4 qərargahından birinə – 22-27 Avqust 2021 tarixləri arasında BMT-nin Avstriyadakı qərargahına təhsil gəzintisində iştirak etməyə dəvət edir. Gəzinti zamanı tələbələr BMT binasını və digər Beynəlxalq Təşkilatları ziyarət etməklə yanaşı həm də heyət ilə ünsiyyət quracaq və gündəlik işləri haqqında məlumat əldə edə biləcəklər. Xüsusilə qrup üçün, bütövlükdə BMT və Vyanada yerləşən ayrı-ayrı vahidlər haqqında bir sıra mühazirələr təşkil ediləcəkdir. Mühazirələr Birləşmiş Millətlər Təşkilatının müxtəlif şöbələrinin əməkdaşları tərəfindən aparılacaqdır. Proqramdan sonra tələbələr Birləşmiş Millətlər Təşkilatına və Vyanadakı digər beynəlxalq təşkilatlara təhsil gəzintisində iştiraklarını təsdiqləyən sertifikat alacaqlar. İştirak haqqı 850 avrodur.

Kimlər müraciət edə bilər.

Müraciət edənlər üçün heç bir yaş və ya coğrafi məhdudiyyət yoxdur. Proqramda  iştirak etmək üçün İngilis dilini yaxşı bilmək tələb olunur.

Ətraflı məlumat.

Ətraflı məlumat üçün rəsmi vebsəhifəyə daxil ola bilərsiniz.

Lawels

Lawels

LAWELS – müxtəlif sahələrdə fəaliyyət göstərən hüquqşünaslar tərəfindən aktual mövzularda yazılan məqalələrin və qabaqcıl fikirlərin oxuculara çatdırılmasını hədəfləyir. Bloq, eyni zamanda, bu sahənin peşəkarlarını hüquqi yeniliklər, qanunvericilik dəyişiklikləri, faydalı məlumatlar və digər müvafiq məsələlərdə məlumatlandırır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *