Təqaüd və qrantlarEUI Transmilli İdarəetmə Siyasəti Lider Təqaüd Proqramı

Lawels LawelsFevral 8, 2021

Son müraciət tarixi. 22 Fevral

Məkan. Italiya

Qısa məlumat.

Avropa Universitet İnstitutu (AUI) nəzdindəki Transmilli İdarəetmə Məktəbi (TIM) 2021-2022 tədris ili üçün siyasət sahəsində olan mütəxəssislərə təqaüd təklif edir. TIM-nin Siyasət Lideri Təqaüdü, bu sahə üzrə mütəxəssislərə AUİ-dəki digər təqaüdçülər, peşəkarlar və akademik heyət ilə ünsiyyət qurmaq, eləcə də seminarlar, müxtəlif sessiyalar, konfranslarda və digər tədbirlərdə iştirak edərək bilik və bacarıqlarını daha da inkişaf etdirmək fürsəti verən qlobal bir proqramdır.

Kimlər müraciət edə bilər.

Proqrama erkən və orta karyera mütəxəssisləri (məsələn, dövlət qulluğu, media və qeyri-hökumət təşkilatları, biznes, dövlət idarəetməsi, vəkillik koalisiyalarında) müraciət edə bilər.

Ətraflı məlumat.

Ətraflı məlumat üçün rəsmi vebsəhifəyə  daxil ola bilərsiniz.

Lawels

Lawels

LAWELS – müxtəlif sahələrdə fəaliyyət göstərən hüquqşünaslar tərəfindən aktual mövzularda yazılan məqalələrin və qabaqcıl fikirlərin oxuculara çatdırılmasını hədəfləyir. Bloq, eyni zamanda, bu sahənin peşəkarlarını hüquqi yeniliklər, qanunvericilik dəyişiklikləri, faydalı məlumatlar və digər müvafiq məsələlərdə məlumatlandırır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *