Son müraciət tarixi. 01 mart 2021
Qısa məlumat.
Kirkland Tədqiqat Proqramı müəyyən bir akademik mövqeyə malik doktorluq dərəcəsi olan namizədlərə 2021/22 tədris ili ərzində Polşada bir semestrlik tədqiqat proqramı üçün təqaüd təklif edir. Kirkland Tədqiqat Proqramı təqaüdçüləri elmi seminarlarda iştirak edirlər və akademik məsləhətçinin nəzarəti altında fərdi olaraq işləyirlər; bu iş elmi məqalənin hazırlanması ilə nəticələnməlidir.
Kimlər müraciət edə bilər?
Proqram 45-dən az yaşı olan və Azərbaycan, Belarusiya, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Moldova, Rusiya, Tacikistan, Ukrayna və ya Özbəkistandan olan namizədlər üçün açıqdır.
Ətraflı məlumat.
Ətraflı məlumat üçün rəsmi vebsəhifəyə daxil ola bilərsiniz.

Lawels
LAWELS – müxtəlif sahələrdə fəaliyyət göstərən hüquqşünaslar tərəfindən aktual mövzularda yazılan məqalələrin və qabaqcıl fikirlərin oxuculara çatdırılmasını hədəfləyir. Bloq, eyni zamanda, bu sahənin peşəkarlarını hüquqi yeniliklər, qanunvericilik dəyişiklikləri, faydalı məlumatlar və digər müvafiq məsələlərdə məlumatlandırır.