Azərbaycan Respublikası qanunvericiliyinə edilən mühüm dəyişikliklərin xülasəsi üzrə VIII Buraxılış 2020-ci ilin dekabr ayı üzrə edilən aşağıdakı dəyişikliklərdən bəhs edir:
- “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edildi;
- “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edildi;
- Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edildi;
- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edildi;
- “Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları), nizamnamə kapitalındakı payları və qiymətli kağızların mülkiyyətçiləri barədə məlumatların monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə verilməsi Qaydası”nda dəyişiklik edildi;
- Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu və Azərbaycan Respublikasında 2021-ci il üçün ehtiyac meyarının həddi haqqında qanunlar qəbul edildi;
- Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi və “Ətraf mühitin mühafizəsi haqqında” qanuna dəyişiklik edildi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsində və Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişiklik edildi;

Lawels
LAWELS – müxtəlif sahələrdə fəaliyyət göstərən hüquqşünaslar tərəfindən aktual mövzularda yazılan məqalələrin və qabaqcıl fikirlərin oxuculara çatdırılmasını hədəfləyir. Bloq, eyni zamanda, bu sahənin peşəkarlarını hüquqi yeniliklər, qanunvericilik dəyişiklikləri, faydalı məlumatlar və digər müvafiq məsələlərdə məlumatlandırır.
previous
İkinci Qarabağ müharibəsində Ermənistanın törətdiyi müharibə cinayətlərinin təhlili
next