Beynəlxalq Ədalət Məhkəməsi Məhkəmə Təcrübə Proqramı 2021-2022

Son müraciət tarixi.  14 fevral 2021

Qısa məlumat.

Beynəlxalq Ədalət Məhkəməsi (BƏM) 2021-2022ci il üzrə Məhkəmə Təcrübəsi Proqramı üçün müraciətlərə açıq elan edilmişdir. Proqram, yeni hüquq məzunlarının BƏM-də iş təcrübəsi qazanmasına imkan yaratmaq üçün 1999-cu ildə təsis edilmişdir. Proqram iştirakçıların beynəlxalq hüquq və Məhkəmə prosedurları barədə anlayışlarını onları Məhkəmənin işinə fəal şəkildə cəlb etməklə və hakimlərin nəzarəti altında təcrübələrini genişləndirməklərinə imkan yaradaraq inkişaf etdirmək məqsədi daşıyır. Namizədlər universitetləri tərəfindən irəli sürülür və maliyyələşdirilir.

Kimlər müraciət edə bilər?

Bu Proqram hüquq sahəsində akademik nailiyyətləri olan, İngilis və ya Fransız dili üzrə əla yazmaq, oxumaq və şifahi danışıq qabiliyyətlərinə malik  31 yaşında və ya daha az yaşlı olan namizədlər üçün uyğundur.

Ətraflı məlumat.

Ətraflı məlumat üçün rəsmi vebsəhifəyə daxil ola bilərsiniz.