Asiya İnkişaf Bankı Təcrübə Proqramı

Son müraciət tarixi.  I hissə- 1 Avqustun – 30 sentyabr, II hissə – 1 Dekabr- 31 yanvar.

Qısa məlumat.

Təcrübə Proqramı, magistr və ya doktorantura tələbələrinin AİB-nın cari fəaliyyətinə əsaslanan tapşırıqlar üzrə təcrübə qazanması üçün layihə yönümlü bir təhsil fürsətidir.

Təcrübə proqramı:

  • böyük bir beynəlxalq inkişaf təşkilatında işləmək;
  • 50-dən çox fərqli ölkədən təcrübəli mütəxəssislərlə çalışmaq;
  • inkişaf maliyyəsi və AİB-in gördüyü işlərin təsiri barədə daha dərindən məlumat əldə etmək; və
  • tədqiqat nəticələri ilə AİB-in işinə töhfə vermək imkanı verir.

Kimlər müraciət edə bilər?

Təcrübə proqramı üçün namizədlər:

  • həm təcrübə proqramından əvvəl həm də sonra AİB üzv ölkələrindən birində magistr və ya doktorluq səviyyəsində bir proqramda təhsil almalı;
  • birbaşa AİB-in işi ilə əlaqəli bir sahədə ali təhsil almalı;
  • AİB üzvlərindən birinin vətəndaşı olmalı;
  • İngilis dilini mükəmməl bilməli; və
  • tapşırıqlarla əlaqəli peşəkar təcrübəyə sahib olmalıdırlar.

Ətraflı məlumat.

Ətraflı məlumat üçün rəsmi vebsəhifəyə daxil ola bilərsiniz.