Qanunvericilik yenilikləriQANUNVERİCİLİYƏ EDİLƏN MÜHÜM DƏYİŞİKLİKLƏRİN XÜLASƏSİ ÜZRƏ VII BURAXILIŞ

Lawels LawelsDekabr 4, 2020

Azərbaycan Respublikası qanunvericiliyinə edilən mühüm dəyişikliklərin xülasəsi üzrə VII Buraxılış 2020-ci il noyabr ayı üzrə aşağıdakı dəyişikliklərdən bəhs edir:

  1. Azərbaycan Respublikası Prezidenti “Azərbaycan İnvestisiya Holdinqinin fəaliyyətinin təmin edilməsi haqqında” Fərman imzaladı;
  2. Azərbaycan Respublikası Prezidenti 2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzaladı;
  3. “Elektron ipoteka və kredit zəmanət” sistemi haqqında Əsasnamə”də dəyişiklik edildi;
  4. Azərbaycan Respublikası Prezidenti Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının yaradılması haqqında” Sərəncam imzaladı;
  5. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişiklik edildi;
  6. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında dəyişiklik edildi;
  7. Azərbaycan Respublikası Nazirlər Kabineti “Aqrar sığorta Qaydaları”nın təsdiq edilməsi haqqında qərar qəbul etdi;
  8. “Dövlət mülkiyyətində olan və ya dövlət vəsaiti hesabına yaradılan tədqiqat infrastrukturundan tədqiqatçıların istifadəsi Qaydası” təsdiq edildi;
  9. “Vergi və gömrük güzəştlərinin səmərəliliyinin qiymətləndirilməsi Qaydaları” təsdiq edildi;
  10. “Malların ixrac qeydi ilə satışı Qaydası” təsdiq edildi.

QANUNVERİCİLİYƏ EDİLƏN MÜHÜM DƏYİŞİKLİKLƏRİN XÜLASƏSİ ÜZRƏ VII BURAXILIŞI BURADAN YÜKLƏYƏ BİLƏRSİNİZ.

Lawels

Lawels

LAWELS – müxtəlif sahələrdə fəaliyyət göstərən hüquqşünaslar tərəfindən aktual mövzularda yazılan məqalələrin və qabaqcıl fikirlərin oxuculara çatdırılmasını hədəfləyir. Bloq, eyni zamanda, bu sahənin peşəkarlarını hüquqi yeniliklər, qanunvericilik dəyişiklikləri, faydalı məlumatlar və digər müvafiq məsələlərdə məlumatlandırır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *