Təcrübə proqramlarıTəqaüd və qrantlarMAURICE R. GREENBERG DÜNYA TƏQAÜDÇÜLƏRİ PROQRAMI

Lawels LawelsNoyabr 18, 2020

Son müraciət tarixi. 2 Dekabr

Məkan. ABŞ

Qısa məlumat.

Maurice R. Greenberg Dünya Təqaüdçüləri Proqramı, Yale Universitetinin Qlobal İşlər üzrə Jackson İnstitutunda dörd aylıq, tam vaxtlı yaşayış proqramıdır. Proqram hər il avqustun ortalarından dekabrın ortalarına qədər davam edir.

Proqram iştirakçılara dünyagörüşlərini artırmaq, bir-birlərindən öyrənmək, şəxsi və peşəkarlıq cəhətdən inkişaf etmək imkanı verir. Dünya Təqaüdçüləri Yale Universitetinin intellektual həyatına töhfə verir, danışıqlar aparır və panellərdə iştirak edir, həmkarları ilə əməkdaşlıq edir, dərsləri yoxlayır və tələbələrə rəhbərlik edirlər.

Kimlər müraciət edə bilər.

  • Müraciət edən şəxslər peşə karyeralarının 5-25 ili aralılığında olan, regional, milli və ya beynəlxalq səviyyədə əhəmiyyətli nailiyyətlər nümayiş etdirmiş şəxslər olmalıdırlar. Minimum və ya maksimum yaş həddi olmasa da, işitrakçıların orta yaşı 39-dur.
  • Müraciət edənlər ABŞ xaricində bir ölkənin vətəndaşı olmalıdırlar.
  • Müraciət edənlər İngilis dilini səlis bilməlidirlər.
  • Dünya Təqaüdçülərinin avqustun ortalarından dekabrın ortalarına qədər davam edəcək proqramın tamamı üçün Nyu Havendəki Yale Universitetində qalmaları tələb olunur.

Ətraflı məlumat.

Ətraflı məlumat üçün rəsmi vebsəhifəyə daxil ola bilərsiniz.

Lawels

Lawels

LAWELS – müxtəlif sahələrdə fəaliyyət göstərən hüquqşünaslar tərəfindən aktual mövzularda yazılan məqalələrin və qabaqcıl fikirlərin oxuculara çatdırılmasını hədəfləyir. Bloq, eyni zamanda, bu sahənin peşəkarlarını hüquqi yeniliklər, qanunvericilik dəyişiklikləri, faydalı məlumatlar və digər müvafiq məsələlərdə məlumatlandırır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *