Beynəlxalq Gənclər Federasiyasına Nümayəndələr axtarılır
Son müraciət tarixi. Davam edir
Məkan. Azərbaycan
Qısa məlumat.
Beynəlxalq Gənclər Federasiyası (BGF), Əsasnaməsi və İsveçrə Mülki Məcəlləsi ilə tənzimlənən beynəlxalq qeyri-kommersiya gənclər təşkilatları şəbəkəsidir. BGF Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Məqsədləri Gənclər Şəbəkəsinin bir hissəsidir. BGF Nümayəndəsi Beynəlxalq Gənclər Federasiyasının yüksək səviyyəli üzvü olacaq və ölkəsində BGF üçün rəsmi nümayəndə vəzifəsini icra edəcəkdir. Nümayəndə BGF Ölkə Komandasına (IYFCT) rəhbərlik edir. Nümayəndənin əsas vəzifəsi BGF-in milli səviyyədə gənclər təşkilatları ilə uğurlu əlaqəsini təmin etməkdir.
Kimlər müraciət edə bilər.
- Bu vəzifəyə yalnız (18-38) yaşlı şəxslər qəbul edilir.
- Təyin edilmiş ölkənin vətəndaşı olmaq tələb olunur.
- Gənclərin gücləndirilməsinə, gənclərlə bağlı məsələlərə yüksək marağın olması tələb olunur.
Ətraflı məlumat.
Ətraflı məlumat üçün rəsmi vebsəhifəyə daxil ola bilərsiniz.

Lawels
LAWELS – müxtəlif sahələrdə fəaliyyət göstərən hüquqşünaslar tərəfindən aktual mövzularda yazılan məqalələrin və qabaqcıl fikirlərin oxuculara çatdırılmasını hədəfləyir. Bloq, eyni zamanda, bu sahənin peşəkarlarını hüquqi yeniliklər, qanunvericilik dəyişiklikləri, faydalı məlumatlar və digər müvafiq məsələlərdə məlumatlandırır.