Təcrübə proqramlarıAvropa İttifaqı və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Hüquq klinikasında təcrübə

Lawels LawelsSentyabr 16, 2020

Əziz hüquq tələbələri və gənc hüquqşünaslar!

Avropa İttifaqı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyası ilə birgə Hüquq klinikasına ərizələrin qəbulunu elan edir. Praktiki hüquqşünaslıq vərdişləri əldə etmək və təcrübə qazanmaq üçün Hüquq klinikasında iştirak üçün müraciət edə bilərsiniz.

Hüquq klinikasının əsas məqsədi hüquq fakültəsinin tələbələrinə (bakalavr və magistr tələbələri, həmçinin son iki ilin məzunları) praktik hüquq vərdişlərini aşılamaq və əhalinin sosial cəhətdən zəif təbəqəsinə pulsuz hüquqi yardım göstərməkdir.

Bu məqsədlə, seçilmiş tələbələr 2020-ci ilin oktyabr ayında Ədliyyə Akademiyası nəzdində 1 aylıq hüquqi kliniki təhsil kursunu uğurla başa vurduqdan sonra Ədliyyə Akademiyasının hüquq klinikasında vəkillərin nəzarəti altında əhalinin aztəminatlı təbəqələrinə pulsuz hüquqi yardım göstərərək, peşə bacarıqları (müştəri ilə müsahibə, məsləhət vermə, işin təhlili, hüquqi sənədlərin tərtib edilməsi, iddia ərizələrinin, apellyasiya və kassasiya şikayətlərinin, Avropa İnsan Hüquqları Məhkəməsinə ərizələrin yazılması) əldə edəcəklər.

Proqramı uğurla başa vuran tələbələrə sertifikatlar təqdim olunacaq.

Layihədə iştirak etmək arzusunda olan tələbələr CV-lərini və yaxud əlavə olunmuş fayldakı anket formasını doldurub 01 oktyabr 2020-ci ilə qədər [email protected] e-mail ünvanına göndərə bilərlər.

Proqrama seçilmiş tələbələrin siyahısı e-mail vasitəsilə açıqlanacaq. Ətraflı məlumat üçün [email protected] e-mail ünvanına yaza və ya +994554868410 mobil nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Klinikada təşkilati məsələlər üzrə köməkçi: Tofiq Şəhniyarov

Lawels

Lawels

LAWELS – müxtəlif sahələrdə fəaliyyət göstərən hüquqşünaslar tərəfindən aktual mövzularda yazılan məqalələrin və qabaqcıl fikirlərin oxuculara çatdırılmasını hədəfləyir. Bloq, eyni zamanda, bu sahənin peşəkarlarını hüquqi yeniliklər, qanunvericilik dəyişiklikləri, faydalı məlumatlar və digər müvafiq məsələlərdə məlumatlandırır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *