Təcrübə proqramlarıTədbirlərSumqayıt Regional Vəkil Bürosunun Hüquqi Yardım Mərkəzi layihəsi

Lawels LawelsSentyabr 8, 2020

Vəkil olmaq istəyən gənc hüquqşünasların və hüquq tələbələrinin nəzərinə!

“Sumqayıt Regional Vəkil Bürosunun Hüquqi Yardım Mərkəzi” layihəsinin icrasına başlayır.

Layihənin adı: Hüquqi Yardım Mərkəzi

Layihənin məqsədi: Gənc hüquqşünaslara və hüquqşünas tələbələrə vəkillik peşə vərdişlərinin öyrədilməsi və əhalinin aztəminatlı təbəqələrinə pulsuz hüquqi yardım göstərilməsi

Layihənin təsviri: Hüquqi Yardım Mərkəzi layihəsinə 5 nəfər gənc hüquqşünas və ya hüquqşünas tələbə (bundan sonra könüllü hüquqşünas) cəlb olunur. Könüllü hüquqşünasların seçimində gələcəkdə vəkil olmaq istəyənlərə üstünlük verilir. Könüllü hüquqşünaslar büronun vəkillərinin nəzarəti ilə əhalinin aztəminatlı təbəqələrinə pulsuz hüquqi yardım (məsləhətlərin verilməsi, ərizə, şikayətlərin hazırlanması) göstərirlər, növbəlilik qaydasında büronun vəkillərinin iştirak etdikləri məhkəmə iclaslarında iştirak edirlər.

Gələcəkdə vəkil olmağı arzulayanlar və ilkin peşə vərdişlərinə yiyələnmək, təcrübə qazanmaq istəyənlərdən öz CV-lərini 20 sentyabr 2020-ci il tarixindən gec olmayaraq [email protected] ünvanına göndərmələri və ya şəxsən büroya təqdim etmələri xahiş olunur.

Ünvan: Sumqayıt şəhəri, 9-cu mikrorayon, Zülfü Hacıyev küçəsi 226
Telefon: +994 18 656 22 11
E-mail: [email protected]

Lawels

Lawels

LAWELS – müxtəlif sahələrdə fəaliyyət göstərən hüquqşünaslar tərəfindən aktual mövzularda yazılan məqalələrin və qabaqcıl fikirlərin oxuculara çatdırılmasını hədəfləyir. Bloq, eyni zamanda, bu sahənin peşəkarlarını hüquqi yeniliklər, qanunvericilik dəyişiklikləri, faydalı məlumatlar və digər müvafiq məsələlərdə məlumatlandırır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *