Təcrübə proqramlarıTəqaüd və qrantlarVakansiyalarOPEC Fondunun Gənc Peşəkar İnkişaf Proqramı (YPDP) 2020

Lawels LawelsSentyabr 7, 2020

OPEC Fondunun Gənc Peşəkar İnkişaf Proqramı (YPDP) 2020

Son müraciət tarixi. 21 Sentyabr, 2020

Məkan. Avstriya

Qısa məlumat.

OPEC Fondunun Gənc Peşəkar İnkişaf Proqramı (YPDP), OPEC Fondunun üzv ölkələrindən olan gənc mütəxəssisləri qlobal inkişaf üzrə karyeraya hazırlamaq üçün nəzərdə tutulmuş iki illik proqramdır. Gənc Peşəkar İnkişaf Proqramı, gənc mütəxəssislərə fərqli şöbələrin / bölmələrin OPEC Fondunun ümumi strateji və əməliyyat hədəflərinə necə töhfə verdiyini qiymətləndirməyə imkan verəcəkdir. YPDP iştirakçıları proqramın ən azı 50 faizini təyin olunduqları şöbədə / bölmədə keçirir və qalan hissəsində isə digər şöbələrə rotasiya edilirlər. Bu, iştirakçılara təcrübələrini genişləndirməyə və peşəkar şəbəkələrini qurarkən fərqli məşqçilik və mentorluq üslublarından faydalanmağa imkan verir.

Proqram gənc mütəxəssislər üçün OPEC Fondunda başlanğıc səviyyədə olan minimum tələblərə cavab verən bacarıq və biliklər qazanmağa şərait yaradır. İştirakçılar iki illik proqramı uğurla başa vurduqdan sonra, proqram dövründəki fəaliyyətlərinə və iş ehtiyaclarına əsasən OPEC Fondunda iş təklifi ala bilərlər.

Kimlər müraciət edə bilər?

YPDP proqramına seçilmək üçün müraciət edənlər:

  • OPEC Fonduna üzv ölkə vətəndaşı olmalı;
  • 30 yaş və ya daha aşağı yaşda olmalı;
  • Magistr dərəcəsi olmalı;
  • Yüksək akademik göstəriciləri olmalı;
  • İngilis dilini səlis bilməli və ən azı bir əlavə dili müəyyən qədər bilməli;
  • Mühəndislik, iqtisadiyyat, maliyyə, biznesin idarəedilməsi, hüquq, informasiya texnologiyaları, insan resursları və ya OPEC Fondunun əməliyyatları ilə əlaqədar hər hansı digər sahə üzrə ixtisaslaşmalı;
  • Beynəlxalq, multikultural və fərqli mühitlərdə işləyə bilməli;
  • İş təklifi edildiyi təqdirdə, YPDP bitdikdən sonra ən azı iki il ərzində Vyanadakı OPEC Fondunda işləyə bilməli.

Ətraflı məlumat.

Ətraflı məlumat üçün rəsmi vebsəhifəyə daxil ola bilərsiniz.

Lawels

Lawels

LAWELS – müxtəlif sahələrdə fəaliyyət göstərən hüquqşünaslar tərəfindən aktual mövzularda yazılan məqalələrin və qabaqcıl fikirlərin oxuculara çatdırılmasını hədəfləyir. Bloq, eyni zamanda, bu sahənin peşəkarlarını hüquqi yeniliklər, qanunvericilik dəyişiklikləri, faydalı məlumatlar və digər müvafiq məsələlərdə məlumatlandırır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *