Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunda (SWP) təcrübə proqramı

Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunda (SWP) təcrübə proqramı

Son müraciət tarixi. 30 Sentyabr

Məkan. Almaniya

Qısa məlumat.

Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutu, yüksək motivasiyalı tələbələr üçün məhdud sayda üç aylıq tam vaxtlı təcrübə təklif edir. Xüsusilə siyasət elmləri və əlaqəli sosial elmlər (iqtisadiyyat, hüquq, idarəetmə, bəzən bölgə araşdırmaları, etnologiya və ya jurnalistika) sahəsində gənc akademikləri cəlb etməkdə maraqlıdırlar.

Kimlər müraciət edə bilər?

  • Artıq magistr dərəcəsi üzrə təhsil alan tələbələr
  • Magistr dərəcəsinə qəbul üçün müraciət etdiyini sübut edə bilən və təcrübə üçün təklif olunan vaxtda magistr tələbəsi olacağını gözləyən bakalavr dərəcəsi olan şəxslər.
  • Əlavə bakalavr və ya magistr dərəcəsi kursuna qəbul olunan bakalavr / magistr dərəcəsi olan şəxslər.

Ətraflı məlumat.

Ətraflı məlumat üçün rəsmi vebsəhifəyə daxil ola bilərsiniz.