Təqaüd və qrantlarKanadada doktorantura təhsili üçün Vanier Kanada Təqaüd Proqramı 2021

Lawels LawelsAvqust 30, 2020

Kanadada doktorantura təhsili üçün Vanier Kanada Təqaüd Proqramı 2021

Son müraciət tarixi. 3 Noyabr, 2020

Məkan. Kanada

Qısa məlumat.

Kanada hökuməti, dünya səviyyəli doktorantların cəlb edilməsi üçün və Kanadanı araşdırma və ali təhsil sahəsində qlobal bir inkişaf mərkəzi kimi gücləndirmək məqsədilə 2008-ci ildən etibarən Vanier Kanada Təqaüdü proqramını  həyata keçirir. Sosial və humanitar elmlər bu proqram çərçivəsində üç tədqiqat sahəsindən biridir. Doktorantura dövründə üç il ərzində ildə 50.000 dollar dəyərində təqaüd verilməsi nəzərdə tutulur.

Kimlər müraciət edə bilər?

  • Xarici vətəndaşlar proqrama müraciət edə bilər.
  • Vanier CGS kvotası almış yalnız bir Kanada təhsil institutu tərəfindən namizədliyiniz irəli sürülməlidir.
  • İlk doktorluq dərəcənizi almaq üçün müraciət etməlisiniz (birgə tədqiqat proqramı da daxil olmaqla).
  • Yay semestrində və ya nəticələr elan olunduqdan sonra tədris ilində, doktorantura (və ya ortaq tədqiqat proqramı) üzrə namizədliyinizi irəli sürən müəssisədə araşdırma və tədqiqat aparmaq niyyətində olmalısınız.

Ətraflı məlumat.

Ətraflı məlumat üçün rəsmi vebsəhifəyə daxil ola bilərsiniz.

Lawels

Lawels

LAWELS – müxtəlif sahələrdə fəaliyyət göstərən hüquqşünaslar tərəfindən aktual mövzularda yazılan məqalələrin və qabaqcıl fikirlərin oxuculara çatdırılmasını hədəfləyir. Bloq, eyni zamanda, bu sahənin peşəkarlarını hüquqi yeniliklər, qanunvericilik dəyişiklikləri, faydalı məlumatlar və digər müvafiq məsələlərdə məlumatlandırır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *