Təqaüd və qrantlarDemokratiya və İnsan Hüquqları üzrə Avropa Regional Magistr Proqramı

Lawels LawelsAvqust 22, 2020

Demokratiya və İnsan Hüquqları üzrə Avropa Regional Magistr Proqramı

Son müraciət tarixi. 20 Sentyabr, 2020

Məkan. İtaliya və Bosniya və Herseqovina

Qısa məlumat.

Qlobal Kampus Cənubi Şərqi Avropa – Cənubi Şərqi Avropada Demokratiya və İnsan Hüquqları üzrə Avropa Regional Magistr Proqramı (GC SEE / ERMA), Sarayevo Universiteti (UNSA) və Boloniya Universiteti (UNİBO) tərəfindən təşkil edilən bir illik magistr proqramıdır. Proqram tələbələri 60 ECTS və hər iki universitetin ikili dərəcəli diplomu ilə təltif edir. GC SEE / ERMA, insan hüquqları və demokratikləşmə məsələlərində araşdırmalar, praktiki və nəzəri biliklər əldə etmək istəyən tələbələr üçün nəzərdə tutulmuş akademik proqramdır. Tələbələr yüksək səviyyəli beynəlxalq mühitdə təhsil almaq, 11 tərəfdaş universitetdən 40-dan çox professor və mütəxəssisin mühazirələrində və seminarlarında iştirak etməkdən faydalanırlar.

Kimlər müraciət edə bilər?

  • 4 və ya 5 il davam etmiş təhsil nəticəsində əldə edilən universitet dərəcəsi və bu dövrdə qazanılmış minimum 240 ECTS
  • İngilis dili biliklərinin sübutu

Ətraflı məlumat.

Ətraflı məlumat üçün rəsmi vebsəhifəyə daxil ola bilərsiniz.

Lawels

Lawels

LAWELS – müxtəlif sahələrdə fəaliyyət göstərən hüquqşünaslar tərəfindən aktual mövzularda yazılan məqalələrin və qabaqcıl fikirlərin oxuculara çatdırılmasını hədəfləyir. Bloq, eyni zamanda, bu sahənin peşəkarlarını hüquqi yeniliklər, qanunvericilik dəyişiklikləri, faydalı məlumatlar və digər müvafiq məsələlərdə məlumatlandırır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *