Təqaüd və qrantlarHarvard Universiteti Akademiya Alimləri Proqramı 2021

Lawels LawelsAvqust 17, 2020

Harvard Universiteti Akademiya Alimləri Proqramı 2021

Son müraciət tarixi. 1 Oktyabr, 2020

Məkan. Harvard Universiteti

Qısa məlumat.

Akademiya Alimləri Proqramı karyeralarının başlanğıcında olan və işlərini sosial elmlər və ya hüquq sahələri üzrə aparan alimləri müəyyənləşdirərək dəstəkləyir. Proqram iki illik müddətdə davam edir. Alimlər tədqiqat layihələrini həyata keçirmək və / və ya seçdikləri sahələrdə əlavə təlimlər almaq üçün əhəmiyyətli maliyyə və tədqiqat yardımı alırlar. PhD alimləri illik 70.000 dollar təqaüd alacaqlar. PhD əldə etməzdən əvvəl seçilənlər isə, PhD dərəcəsini əldə edənə qədər qədər illik təqribən 31.000 dollar təqaüd alacaqdır.

Kimlər müraciət edə bilər?

  • Yalnız sosial elmlər və hüquq elmləri üzrə fəlsəfə doktorları və elmlər namizədləri üçün açıqdır.
  • Fəlsəfə doktoru dərəcəsini davam etdirənlər təhsillərini başa vurmalı və müraciət etməzdən əvvəl tezislərinin yekunlaşdırma mərhələsində olmalıdır.
  • 1 oktyabr son müraciət tarixi zamanı PhD dərəcənizi artıq ən çoxu 3 il ərzində əldə etmiş olmalısınız.

Ətraflı məlumat.

Ətraflı məlumat üçün rəsmi vebsəhifəyə daxil ola bilərsiniz.

Lawels

Lawels

LAWELS – müxtəlif sahələrdə fəaliyyət göstərən hüquqşünaslar tərəfindən aktual mövzularda yazılan məqalələrin və qabaqcıl fikirlərin oxuculara çatdırılmasını hədəfləyir. Bloq, eyni zamanda, bu sahənin peşəkarlarını hüquqi yeniliklər, qanunvericilik dəyişiklikləri, faydalı məlumatlar və digər müvafiq məsələlərdə məlumatlandırır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *