Təcrübə proqramlarıAvropa Parlamentinin Üzvləri ilə Təcrübə proqramı

Lawels LawelsAvqust 17, 2020

Son müraciət tarixi. Spesifik son müraciət tarixi yoxdur

Məkan. Brüssel və ya Strasburq

Qısa məlumat.

Avropa Parlamentinin üzvləri Avropa Parlamenti ilə razılaşma əsasında Brüsseldə (və ya Strasburqda) yerləşən ofislərində ödənişli təcrübə təklif edirlər. Təcrübə müvafiq sahədə təhsilinizi və peşə hazırlığınızı artıracaqdır. Bu təcrübə proqramı sizə Avropa Parlamenti Üzvlərinin iş qaydalarını daha yaxşı başa düşməyə imkan verəcəkdir.Təcrübə proqramı müxtəlif sahələrdə aparıla bilər. Təcrübə proqramı üzrə iştirakçıları seçən Parlament Üzvü təcrübə müddətində tamamlanmalı olan konkret tapşırıqları müəyyənləşdirəcəkdir.

Kimlər müraciət edə bilər? Parlament Üzvləri təcrübəçiləri sərbəst olaraq müəyyən edirlər. Bununla birlikdə namizədlər aşağıdakı meyarlara cavab verməlidir:

  • 18 yaşdan yuxarı olmaq (bu yaş həddindən aşağı olanlar müvafiq qaydada əsaslandırılmış sorğu göndərməlidirlər);
  • Avropa İttifaqına üzv olan bir ölkənin və ya namizəd ölkənin vətəndaşı olmaq. Buna baxmayaraq Parlament Üzvləri viza tələblərinə uyğun olduqları təqdirdə üçüncü ölkələrin vətəndaşlarına təcrübə keçməsini təklif edə bilərlər;
  • ali məktəbə daxil olmaq üçün tələb olunan səviyyəyə uyğun orta məktəbdən məzun olmaqla bağlı sənəd almaq və ya ekvivalent səviyyəyə qədər ali və ya texniki təhsil almaq və ya universitet diplomu almaq;
  • Avropa İttifaqının rəsmi dillərindən birini yaxşı bilmək;
  • Təcrübə müddətində əmək müqaviləsi və ya hər hansı bir müqavilə münasibətlərində iştirak etməmək;
  • Parlament Üzvlərindən biri ilə əvvəllər təcrübə keçməmək və yerli və ya xarici bir parlament üzvünün köməkçisi kimi işləməmək.

Ətraflı məlumat.

Ətraflı məlumat üçün rəsmi vebsəhifəyə daxil ola bilərsiniz.

Lawels

Lawels

LAWELS – müxtəlif sahələrdə fəaliyyət göstərən hüquqşünaslar tərəfindən aktual mövzularda yazılan məqalələrin və qabaqcıl fikirlərin oxuculara çatdırılmasını hədəfləyir. Bloq, eyni zamanda, bu sahənin peşəkarlarını hüquqi yeniliklər, qanunvericilik dəyişiklikləri, faydalı məlumatlar və digər müvafiq məsələlərdə məlumatlandırır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *