Təcrübə proqramlarıAvropa Parlamentinin Katibliyində Schuman təcrübə proqramı

Lawels LawelsAvqust 11, 2020

Son müraciət tarixi. İyun və ya Noyabr

Məkan. Brüssel, Lüksemburq və Strasburq və ya üzv ölkələrdəki əlaqə ofislərində.

Qısa məlumat.

Təcrübə proqramı ödənişlidir və Avropa Parlamentinin rəsmi iş yerlərindən birində – Brüsseldə, Lüksemburqda və Strasburqda və ya üzv ölkələrdəki əlaqə ofislərində edilə bilər. Schuman proqramı müvafiq sahədə təhsilinizi və peşə hazırlığınızı artıracaqdır. Təcrübə proqramı Avropa İttifaqi (Aİ) qurumlarının və Aİ səviyyəsində qərarların qəbul edilməsi və siyasi müzakirələrin aparılması üçün vacib forum olan Avropa Parlamentinin fəaliyyəti barədə biliklərinizi artırmağa kömək edəcək. Schuman təcrübə proqramı Aİ-nin daxili və xarici siyasəti, maliyyə, hüquq, dillər, idarəetmə, infrastruktur və logistika, kommunikasiya və ya İT kimi müxtəlif sahələrdə həyata keçirilə bilər.

Kimlər müraciət edə bilər? Bu təcrübə proqramı üçün müraciət edənlər 18 yaşdan yuxarı olmalıdır; Avropa İttifaqına üzv olan ölkənin və ya namizəd ölkənin vətəndaşı olmalıdır (digər ölkələrin vətəndaşlarına çox məhdud sayda təcrübə təklifləri edilə bilər); universitet diplomuna sahib olmalıdır; rəsmi Aİ dillərindən birini müfəssəl və ikincisini çox yaxşı bilməlidir (üzv olmayan ölkələrin vətəndaşları İngilis, Fransız və ya Alman dilini çox yaxşı bilməlidir).

Ətraflı məlumat.

Ətraflı məlumat üçün rəsmi vebsəhifəyə daxil ola bilərsiniz.

Lawels

Lawels

LAWELS – müxtəlif sahələrdə fəaliyyət göstərən hüquqşünaslar tərəfindən aktual mövzularda yazılan məqalələrin və qabaqcıl fikirlərin oxuculara çatdırılmasını hədəfləyir. Bloq, eyni zamanda, bu sahənin peşəkarlarını hüquqi yeniliklər, qanunvericilik dəyişiklikləri, faydalı məlumatlar və digər müvafiq məsələlərdə məlumatlandırır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *