Təqaüd və qrantlarABŞ-da Beynəlxalq Tələbələr üçün Hubert Humphrey Təqaüdü

Lawels Lawelsİyun 19, 2020

Son müraciət tarixi. Ölkədən asılı olaraq dəyişir, lakin hər il May- Sentyabr aylarına düşür.

Məkan. ABŞ

Qısa məlumat. Hubert Humphrey Təqaüd Proqramı ABŞ-da on aylıq akademik təhsil və əlaqəli peşəkar təcrübə təklif edir. Humphrey təqaüdçüləri liderlik potensialına və istər ictimai, istərsə də özəl sektorda dövlət qulluğuna bağlılığı üzrə seçilirlər. Humphrey Təqaüd Proqramı, ABŞ-da və Təqaüdçülərin öz  vətənlərində qarşılıqlı maraq doğuran məsələlər haqqında qarşılıqlı bilik mübadiləsi və anlaşma yolu ilə liderlik bacarıqlarını gücləndirməkdə maraqlı olan təcrübəli mütəxəssislər üçündür.

Kimlər müraciət edə bilər? Müraciət edən şəxsdən bakalavr dərəcəsinə, ən azı beş il müvafiq, tam iş vaxtlı və peşəkar iş təcrübəsinə malik olması, ABŞ-da məhdud və ya heç bir təcrübəsinin olmaması, liderlik keyfiyyətlərinə malik olması, dövlət qulluğu üzrə fəaliyyət göstərməsi və güclü İngilis dili biliklərinin olması tələb olunur.

Ətraflı məlumat. Ətraflı məlumat üçün rəsmi vebsəhifəyə daxil ola bilərsiniz.

Lawels

Lawels

LAWELS – müxtəlif sahələrdə fəaliyyət göstərən hüquqşünaslar tərəfindən aktual mövzularda yazılan məqalələrin və qabaqcıl fikirlərin oxuculara çatdırılmasını hədəfləyir. Bloq, eyni zamanda, bu sahənin peşəkarlarını hüquqi yeniliklər, qanunvericilik dəyişiklikləri, faydalı məlumatlar və digər müvafiq məsələlərdə məlumatlandırır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *