Asiya İnkişaf Bankının Təqaüd Proqramı (Tam təqaüd)

Son müraciət tarixi. Universitetdən asılı olaraq dəyişir.

Məkan. Honkonq, Çin, Hindistan, Yaponiya, Yeni  Zelandiya, Pakistan, Sinqapur, Tayland, ABŞ.

Qısa məlumat.

Asiya İnkişaf Bankı – Yaponiya Təqaüd Proqramı (ADB – JSP), iştirak edən akademik təşkilatlarında iqtisadiyyat, idarəetmə, elm, texnologiya və digər inkişafla əlaqəli sahələrdə təhsil almaq üçün ildə təxminən 140 təqaüd təklif edir.

Kimlər müraciət edə bilər? 

Proqram, iştirak edən elmi müəssisədə təsdiqlənmiş magistr kursuna qəbul olanlar üçün açıqdır. Namizədlər 35 yaş və ya daha gənc; sağlam; bakalavr dərəcəsi və ya onun ekvivalenti dərəcəsinə; akademik fərqlənməyə malik olmalıdır. Tədris proqramlarını başa vurduqdan sonra təqaüd proqramı iştirakçılarının öz ölkələrinin iqtisadi və sosial inkişafına töhfə verməsi üçün vətənlərinə qayıtmaqları tələb olunur.

Ətraflı məlumat.

Ətraflı məlumat üçün rəsmi vebsəhifəyə daxil ola bilərsiniz.