Təcrübə proqramlarıBirləşmiş Millətlər Təşkilatında İnsan hüquqları sahəsində təcrübə proqramı

Lawels Lawelsİyun 6, 2020

Son müraciət tarixi. 31 yanvar 2021-ci il

Məkan. İsveçrə

Qısa məlumat.

Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqları üzrə Ali Komissarlığı Ofisi İsveçrədə təcrübə proqramı elan edir. Təcrübə ödənişsiz və həftədə 5 gün (35 saat) olmaqla tam iş vaxtlıdır. Bu təcrübə proqramının zərurətdən və namizədin mövcudluğundan asılı olaraq maksimum 6 ay uzadılması imkanı ilə 2 ay müddətinə davam etməsi nəzərdə tutulur.

Kimlər müraciət edə bilər?

Təcrübə proqramına müraciət edənlər aşağıdakı tələblərdən birinə uyğun olmalıdır

  • Magistratura proqramında təhsil alanlar (ikinci universitet dərəcəsi və ya ona bərabər olan və ya daha yüksək, yəni magistr və ya ona bərabər olan, elmlər doktoru və ya aspirant dərəcəsi);
  • Bakalavr proqramının son tədris ilində olanlar (minimum bakalavr səviyyəsi və ya ekvivalenti);
  • Universitet təhsilini bitirmiş şəxslər (bakalavr, magistr, fəlsəfə doktoru və ya ekvivalenti). Bu halda seçildiyi təqdirdə məzun olduqdan etibarən bir illik müddətdə təcrübəyə başlaya bilməlidir.

Ətraflı məlumat.

Ətraflı məlumat üçün rəsmi vebsəhifəyə daxil ola bilərsiniz.

Lawels

Lawels

LAWELS – müxtəlif sahələrdə fəaliyyət göstərən hüquqşünaslar tərəfindən aktual mövzularda yazılan məqalələrin və qabaqcıl fikirlərin oxuculara çatdırılmasını hədəfləyir. Bloq, eyni zamanda, bu sahənin peşəkarlarını hüquqi yeniliklər, qanunvericilik dəyişiklikləri, faydalı məlumatlar və digər müvafiq məsələlərdə məlumatlandırır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *